DƏVƏT MƏKTUBU


Dəyərli gənc həkimlər və tədqiqatçılar!
22-23 may 2024-cü il tarixlərində üz-üzə keçirəcəyimiz “Tibb Tələbələri və Gənc Alimlərin Beynəlxalq Konqresi”ndə (YOUNGMEDCON24) iştirakınızdan məmnun olarıq. Düşüncələrin bir olması, elmi yeniliklərin müzakirəsi və yeni layihələrə zəmin yaratması məqsədi ilə dəyərli gənc tədqiqatçıları Naxçıvana dəvət etməkdən məmnunluğumuzu bildiririrk. Etik prinsiplərin gözlənəcəyi və orijinal tədqiqatların yer alacağı konqresimizdə təqdim olunan məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konqres kitabında nəşr olunacaqdır. Naxçıvan təbiətinin ən gözəl vaxtında keçirəcəyimiz konqres müddətində sosial proqramlar, tarixi və turistik yerlərə səyahətlər nəzərdə tutulur. Konqresimizə dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.
Hörmətlə,
“Tibb Tələbələri və Gənc Alimlərin Beynəlxalq Konqresi”nin təşkilat komitəsi,

youngmedcon24@ndu.edu.az
(036) 5454597, (+994) 703658165



Video Kapak

Konqres haqqında məlumat

Konqresin yeri:

Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi

Mühüm məlumatlar:

  • Ödənişsiz iştirak
  • Üz-üzə təqdimatlar
  • Xülasə və tam məqalə nəşri
  • İştirak sertifikatı
  • Hakim rəyləri

Mövzular:

  • Tibb və səhiyyə elmlərinin bütün sahələri
  • Tibbi biologiya
  • Qida təhlükəsizliyi və profilaktika
  • Əczaçılıq
  • Stomatologiya
  • İctimai sağlamlıq
  • Bioloji təbabət

MÜHÜM TARİXLƏR:

Konqresin dili:

Azərbaycanca – Türkcə – İngiliscə – Rusca